Son COVID statistikası: yoluxanlar və sağalanlar var

Son COVID statistikası: yoluxanlar və sağalanlar var

Son sutkada ölkədə COVID-19 əleyhinə peyvənd vurulmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.

“Avronews” bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha (OQ) istinadən xəbər verir.

Rəsmi məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

OQ onu da bildirir ki, ölkədə son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 932 279, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi 5 396 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 710, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 357, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 647 nəfər təşkil edir.

Qeyd olunur ki, Azərbaycanda indiyədək ümumilikdə 826 462 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 816 054 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 400 nəfərdir. Ölkədə son sutka ərzində 973, hazırkı dövrədək isə 7 433 695 test aparılıb.