Bir gündə 78 cinayətin üstü açılıb

Bir gündə 78 cinayətin üstü açılıb

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

İyulun 14-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 78-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 1-nin üstünün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə “Avronews”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.