Xocalıda qəza: bir nəfər həlak olub

Xocalıda qəza: bir nəfər həlak olub

Faktla bağlı polis tərəfindən araşdırma aparılır

Xocalı rayonunun Çanaqçı kəndi ərazisində yol qəzası baş verib. “Avronews” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Bəhruz Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb.

Hadisə avqustun 17-si səhər saat 8:00 radələrində baş verib. Qəza nəticəsində sürücü hadisə yerində həlak olub.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.