İlham Əliyev Andrey Belousovu qəbul edib
Görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlu və dinamik inkişafı qeyd edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib.
“Avronews” dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlu və dinamik inkişafı qeyd edilib, ticarət dövriyyəsinin artımı vurğulanıb.
Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.