“Pandemiyanın sonuna doğru gedirik” – Səhiyyə naziri
Teymur Musayev: “Koronavirusdan ölüm halları minimal səviyyədədir”
“Azərbaycanda hələ də koronavirusa yoluxma halları var. Lakin ölüm halları minimal səviyyədədir. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”.
“Avronews” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda yetərincə vaksin ehtiyatı var: “Bu baxımdan bu günə qədər heç bir peyvənd olmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram”.