Bayrağımızın dalğalandığı coğrafiya daha da genişlənəcək
Kommunist rejiminin ağır repressiya illərində bayrağımız sandıqlarda, zirzəmilərdə gizlədilib qorundu
Azərbaycanın rəsmi simvolu olan üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən rəsmi dövlət bayrağı kimi təsdiq edildi. O zaman yüksələn bayraq, böyük öndər M.Ə.Rəsulzadənın dediyi kimi, bir daha enmədi.
Kommunist rejiminin ağır repressiya illərində Bakıda, Gəncədə Azərbaycanın digər şəhər və kəndlərində sandıqlarda, zirzəmilərdə gizlədilib qorundu. Yaddaşlarda yaşadı.
1988-ci ildə başlanan mitinqlərin ilk günlərindən meydanlarda dalğalanan üçrəngli, müqəddəs bayrağımız Elçibəy və onun silahdaşlarının rəhbərlik etdiyi Milli Azadlıq Hərəkatının simvoluna çevrildi. Elə bu hərəkatın nəticəsi olaraq 1991-ci ildə yenidən Azərbaycanın dövlət bayrağı kimi təsdiq edildi.
Bu gün bayrağımız yalnız respublikamızda yox, soydaşlarımızın yaşadığı hər yerdə, eyni zamanda Türkiyənin, Qazaxıstanın, Gürcüstanın, Pakistanın və digər dost dövlətlərin paytaxt şəhərlərində dalğalanır.
Cümhuriyyət dəyərlərinə əsaslanan dövlətimiz qurulduqdan sonra bayrağımızın dalğalandığı coğrafiya daha da genişlənəcək.
Bu gün Bayraq Günü bayramıdır. Bayramınız mübarək!
Müəllif: Arif Hacılı (Müsavat Partiyasının başqanı)
Mənbə: “Facebook”