Anatoli Çubaysı zəhərləyiblər?
“Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri olan Çubays qollarının və ayaqlarının hərəkətliliyini itirməyə başlayıb”
“Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubays “Giyen-Barri” sindromu ilə Avropa klinikalarından birində reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə jurnalist Kseniya Sobçak məlumat verib. Qeyd edək ki, sözügedən sindrom insanın immun sisteminin öz periferik sinirlərinə hücum etməyə başladığı bir xəstəlikdir.
Sobçakın sözlərinə görə, 1990-cı illərdə Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri olan Çubays qollarının və ayaqlarının hərəkətliliyini itirməyə başlayıb: “Çubaysın özünü pis hiss etdiyi otaq kimyəvi qoruyucu geyimlərdə olan ekspertlər tərəfindən yoxlanılıb”.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra Anatoli Çubays Prezident Putinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verərək Rusiyanı tərk edib.
(euronews)