Türkiyədə zəlzələ qurbanlarının sayı artıb

Türkiyədə zəlzələ qurbanlarının sayı artıb

Son məlumata görə, həlak olanların sayı 44 374 nəfərə çatıb

Türkiyədə baş vermiş dağıdıcı zəlzələr nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir. “Avronews” AFAD-a istinadən xəbər verir ki, indiyədək zəlzələdə həlak olanların sayı 44 min 374-ə çatıb.

Qeyd edək ki, təbii fəlakət fevralın 6-da Türkiyənin cənubunda baş verib və 7 vilayətdə ağır fəsadlara səbəb olub.