İran Azərbaycanla sərhədə “leşkər” göndərir

İran Azərbaycanla sərhədə “leşkər” göndərir

Təlim adı ilə göndərilən qoşunların burada uzun müddət qalacağı da istisna deyil

İran Azərbaycanla sərhəddə yeni təlimlərə başlayır: SEPAH-ın quru qoşunlarının “Güc” adı ilə təlim keçirməsinin Azərbaycana qarşı “əzələ nümayişi” olduğu bəllidir.

Və təlimlərin indi başlanması da gözlənilməz hesab edilməməlidir:

Birincisi, Ermənistanın sərhədini “qırmızı xətti” elan edən İran daxildəki etirazlar fonunda “sionizm”, “terror” iddialarını yenidən aktuallaşdırdı və hətta Araz bölgəsində “terrorçuların saxlanılması” teatrını da qurdu: sərhədə “leşkər” göndərilməsi də rejimin “xarici təhlükə” ssenarisini gücləndirmək və Bakıya “müdaxilə planını” əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır;

İkincisi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar sürətlənib və ilin sonuna qədər razılaşmanın olması, xüsusilə sərhədin delimitasiyası məsələsinin həlli gözləntiləri var: İran mümkün sərhəd dəyişikliyinə qarşı Bakını “leşkər”lə təhdid edir.

Təlim adı ilə Azərbaycan sərhədinə göndərilən qoşunların burada uzun müddət qalacağı da istisna deyil.