İranda hərbçilər hücuma məruz qalıb: 19 ölü

İranda hərbçilər hücuma məruz qalıb: 19 ölü

Dövlət Televiziyası silahlı basqını terror aktı olaraq təqdim edib

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində yerləşən hərbi məntəqəyə silahlı hücum olub. Baş verən qarşıdurma nəticəsində 19 nəfərin həlak olduğu bildirilir. Ölənlər arasında İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəislərindən olan polkovnik Əli Musəvi də var.

Hadisə sentyabrın 30-da, cümə namazından sonra baş verib. İran Dövlət Televiziyası silahlı basqını terror aktı olaraq təqdim edib.  

(CNN)