Putin üçün “Krım bəhanəsi”
Körpüdəki partlayış Moskvanın əlində əsasa çevrildi
Rusiya Putinin ad günündə Krım körpüsündəki atəşfəşanlıq "hədiyyəsi"nə cavab olaraq Kiyev də daxil olmaqla, Ukraynanın şəhərlərini bombalayır. Əslində, Krım partlayışı olmasaydı da, ruslar bu taktikadan istifadə edəcəkdilər, çünki yeni ilhaqdan sonra tutduqları ərazilərdə möhkəmlənmək lazımdır. Ukrayna ordusunu bu yolla dayandıra biləcəklərini hesablayırlar.
Sergey Surovikin Ukraynadakı rus qoşunlarına yeni komandan gətirilməsi zamanı bu taktikaya əl atacaqları müəyyən mənada görünürdü də. Rusiyanın çeçen müharibəsini qazanmasına səbəb olan “Qroznı ssenarisi”ni Suriyada tətbiq edən əsas fiqurlardan biri Surovkin idi.
İndi eyni ssenaridən Ukraynaya qarşı davamlı şəkildə istifadə olunacağı görünür və möhkəmlənə bilmək üçün müharibəni ilhaq etdiyi ərazilərdən uzaqlaşdırmağı, psixoloji təzyiqlə Ukraynanın müqavimətini qırmağı istəyirlər.
Krım körpüsündəki partlayış da əllərində əsasa çevrildi.
Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)
Mənbə: "Facebook"