Komandolarımız şərti düşmən sığınacaqlarını məhv ediblər – VİDEO

Komandolarımız şərti düşmən sığınacaqlarını məhv ediblər –

Əməliyyat hərbi hissəsində taktiki-xüsusi təlim keçirilib

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissəsinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib. “Avronews” bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Mümkün təxribatın qarşısının alınması məqsədilə komandolar daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində hərəkət ediblər.

Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən olunaraq mühasirəyə alınması və zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Keçirilən təlimdə əsas diqqət şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsinə, atıcı silahlardan istifadəetmə bacarıqlarının artırılmasına, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.