Sankt-Peterburqda həmyerlimizin müəmmalı ölümü və cavabsız suallar
“Qazel”dən düşdü və öldü: onu xəstəxanaya gətirən şəxs isə qeybə çəilib
Cümə günü axşam saatlarında "Qazel" markalı yük avtomobili Rusiyanın Sankt-Peterburq şəhərinin Novoselov küçəsində yerləşən 8 saylı poliklinikaya yaxınlaşıb. Avtomobildən ombasından yaralanan, qanı axan bir kişi çıxıb və dərhal yıxılıb.
Maşının sürücüsü zərərçəkmişə xəstəxanada kömək göstərilməsini istəyib və bundan sonra yoxa çıxıb.
Yaralını xilas etmək mümkün olmayıb - o, dünyasını dəyişib. Həmin şəxsin 50 yaşlı azərbaycanlı olduğu üzə çıxıb.
Polis isə “Qazel”in 52 yaşlı sürücüsünü və ona ünvanlanacaq suallara cavab axtarır. Hadisə ilə bağlı cinayət işi açıla bilər.
(ivbg.ru)