Ermənilər Laçın və ətraf əraziləri atəşə veriblər - VİDEO
Ərazidə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb
Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb. “Avronews” bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi açıqlamasına istinadən xəbər verir.
Məlumata görə, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün FHN-in müvafiq qüvvələri həmin ərazilərə cəlb olunub.
Erməni vandalları bu dəfə də qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk ediblər. Belə ki, Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək genişlənməsinə imkan verilməyib.