Laçın-Xankəndi yolunda son vəziyyət
Ruslara məxsus avtomobillərin keçidi davam edir
Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəallar tərəfindən keçirilən dinc etiraz aksiyası davam edir. “Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus yük avtomobilləri ərazidən maneəsiz keçməkdədir.
Bu gün RSK-ya məxsus növbəti yük avtomobil karvanı Xankəndidən Laçın istiqamətinə maneəsiz keçid edib. Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.