Rəcəb Babaşovun kriminal rejimi və Qazax camaatından fəryad

Rəcəb Babaşovun kriminal rejimi və Qazax camaatından fəryad

Ölkənin strateji royununda sistemli cinayət yaşanır – Buna “dur” deyən olacaqmı?

Başı açıq-gizli korrupusiya, maxinasiya, qalmaqal, dövlətə baş qaldırma, Vətənə xəyanət...dən ayılmayan Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) oliqarx başçısı Rəcəb Babaşovun qanunsuz əməlləri bitib-tükənmir. Bu sırada 32gun.az saytı rayonda quldur rejimi yaratmış Babaşovun növbəti cinayətinə dair məlumat əldə edib.

Məlumatda deyilir:

“Qazax rayonu “Kitabi Dədə Qorduq” abidəsinin arxasında ağaclar kəsilərək ekologiyaya böyük ziyan vurulub. Qazax Rayon İcra Hakimiyyətinə yaxın mənbədən 32gun.az-a daxil olan məlumata görə, ağac kəsilməsinə səbəbkar həkim Şahin Həsənovdur.

Qazax Müalicə Diaqnostika Mərkəzində şöbə müdiri vəzifəsində çalışan Şahin Həsənov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müavini Gülayə Həsənovanın qardaşıdır.

Saytımıza daxil olan digər məlumata görə, həmin ərazidə Şahin həkimin ailəsinə məxsus aptek də var.

Görünən odur ku, xanım müavinin qardaşı obyektini böyütmək fikrindədir. Havadarı da elə öz bacısıdır. Bunu da bacısının vəzifəsinə güvənərək edir.

Bu ağac kəsintisi rayon sakinlərinin də haqlı narazılığına səbəb olub”.

P.S. Sizcə, bütün bu qanunsuzluqlar quldurbaşının icazəsindən kənarda baş verə bilərmi? 8 ildir Qazağı sömürən Fazil Məmmədovun yetirməsi Rəcəb Babaşovdan icazəsiz rayonda hansısa bir cinayət baş verə bilərmi?

Gülayə, ya da quldurbaşının tulası, heç arvadının da yanında hörməti olmayan Göygöz Məmməd nəsə bir cinayətə əl ata bilərmi özbaşına?

Qətiyyən! Çünki Cavid Qurbanov tərəfindən boynuna gözmuncuğu taxılan bu 1.60 sm boylu məmur heç kimi vecinə almır – nə yuxarını, nə aşağını. Və rayondakı bütün cinayətlərin başında şəxsən dayanır və davam etdirir.

P.P.S. Qazaxda söküntü işlərinin aparıldığı həmin ərazidən çəkilmiş görüntüləri təqdim edirik: