“Gəncləri dövlətdən narazı salırlar” – DEPUTAT
Ceyhun Məmmədov: “Biz məktub yazırıq, ancaq çox vaxt şablon cavablar verilir”
“Dövlət qurumları bir sıra hallarda işə qəbulda obyektivlikdən uzaq qərar qəbul edir. Bu da gəncləri dövlətdən narazı salır, onların başqa sahələrə yönəlmələrinə səbəb olur”.
“Avronews” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
“Biz məktub yazırıq, ancaq çox vaxt şablon cavablar verilir. Bəzən rəhbər yox, hansısa sektor müdiri cavab verir. Qanunun qəbulu ilə yanaşı, nəzarət mexanizmləri də olmalıdır”, - deyə deputat bildirib.