“Azərbaycan - Ermənistan sülh danışıqlarının növbəti raundunu təşkil etməyə hazırıq”
XİN başçıları Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin həlli yollarını müzakirə ediblər
Rusiya tərəfi Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazırdır.
“Avronews” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Telefon danışında diplomatlar Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin həlli yollarını müzakirə ediblər. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər əsasında Azərbaycan-Ermənistan normallaşmasının bütün yolları üzrə ritmik işin bərpasının vacibliyi vurğulanıb.