Azərbaycan və İsrail müdafiə nazirləri arasında müzakirə

Azərbaycan və İsrail müdafiə nazirləri arasında müzakirə

Nazirlərin telefon danışığı zamanı hərbi-texniki əməkdaşlıq müzakirə edilib

Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.

“Avronews” Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Yoav Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.

Zakir Həsənov Yoav Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.