Türk Dövlətləri Təşkilatı toplandı

Türk Dövlətləri Təşkilatı toplandı

TDT Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası başlayıb

İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası öz işinə başlayıb. “Avronews” xəbər verir ki, iclasda Təşkilatın gündəliyində duran prioritet məsələlərlə yanaşı, 11 noyabr 2022-ci ildə Səmərqənddə keçiriləcək TDT Sammitinə hazırlıq müzakirə olunacaq.

Toplantıda quruma üzv ölkələr olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, həmçinin, müşahidəçi ölkələr olan Macarıstan və Türkmənistanın XİN rəhbərləri iştirak edir.