Gəldikləri kimi gediblər, gedirlər, gedəcəklər

Gəldikləri kimi gediblər, gedirlər, gedəcəklər

Əmin olun ki, məhşər günü yaxındır

O vaxtkı Çexoslovakiyanın paytaxtı Praqaya da girmişdilər.  
Nooldu? 
Gəldikləri kimi getdilər. 
Geriyə nə qaldı? 
Çexlərin əbədi nifrəti.. 
Bu da belə olacaq.  
Əfqanıstan kimi, 
Vilnüs kimi, 
Tiflis kimi,  
Krım kimi 
ikiyə böldükləri Azərbaycanlar kimi,  
Koreyalar kimi,  
Almaniyalar kimi, 
zəlil qoyduqları Kubalar kimi, 
min il geriyə atdıqları İslam ölkələri kimi... 
Bu qədər lənəti daha nə qədər qaldıra bilər ki? 
Əmin olun ki, məhşər günü yaxındır. 
Və bu, gələcək nəsillərin görəcəyi bir Tamaşa olmayacaq. 
Bunu bu sətirləri oxuyan hər kəs görəcək... 
 ***
Bu statusu bir il əvvəl yazmışdım. 
Rus Ordusu Qazaxıstana girmişdi 90 təyyarə əsgər və silahla. 
ODKB yığışıb “əydəş-üydəş”, bitli-pasaqlı əsgər adlanan yekəqarın tiqranoid və belarusları Turan ellərinə sürmüşdü. 
Çinin heç nə yox, eləcə təpinməsi ilə ruslar gəldikləri kimi getdilər.

Təkrar paylaşdığım bu statusu bu gün Ukraynaya da aid etmək olar. Məhşər günü yaxınlaşır. Gedəcəklər, başqa yolu yoxdur…

Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)

Mənbə: "Facebook"