Azərbaycanın XİN başçısı Amerikaya yola düşüb
Ceyhun Bayramovun bir sıra görüşləri nəzərdə tutulur
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.
“Avronews” Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.