Dövlət Başçılarının Birinci Zirvə Görüşü başlayıb
Görüşdə bir sıra sahələrə dair məsələlər müzakirə ediləcək
Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşü başlayıb. “Avronews” xəbər verir ki, Zirvə Görüşü Türkmənbaşı şəhərində keçirilir.
Əvvəlcə Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçıları birgə foto çəkdiriblər.
Qeyd edək ki, Zirvə Görüşündə energetika, ticarət, iqtisadi, gömrük, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrinə dair məsələlər müzakirə ediləcək.