Diqqətlər yenidən Brüsselə yönəlib

Diqqətlər yenidən Brüsselə yönəlib

Sabah İlham Əliyevlə Nikol Paşinyan arasında növbəti görüş olacaq

Avqustun 31-də Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə görüş olacaq. “Avronews” xəbər verir ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.

“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə Brüsseldə sabahkı dördüncü görüş üçün hazırlıq görülür”, - deyə Mişel “Twitter” hesabında paylaşım edib.

Xatırladaq ki, Mişelin vasitəçiliyi ilə liderlər sonuncu dəfə 22 mayda Brüsseldə görüşmüşdülər.