Bu boyda savadsızlıq olar?!
Ermənistan sərhədlərimizi tanıdısa, hansı xəritə əsasında?
Alma-Ata zirvəsinin məğzini bilməyən, bəyannamə mətnini oxumayan, nəticə çıxarmayanlar gecədən "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı", - deyə yazırlar.
Dünənki bəyannamədə sadəcə Alma-Ata bəyannaməsinə sadiqlik ifadə olunur. Sadiqlik ifadə olunması hələ ərazi bütövlüyünün tanınması demək deyil.
1991-ci ildə bu bəyannaməyə imza atan Ermənistan 1992-dən torpaqlarımızı işğal etdi. Deməli, ciddi bəyannamə deyil.
Əgər Ermənistan sərhədlərimizi tanıdısa, hansı xəritə əsasında? Onu da yazın, amma xəbəriniz olmadığı üçün, elə gpplayırsınız.
Təbii ki, bu bəyannaməyə görə, tanınarsa, sülh nüqaviləsi imzalanarsa, Sovet Azərbaycanı xəritəsi əsasında tanıya bilər. Bu, hazırda bizim uduzmağımızdır. Zəngəzurdakı, Göyçədəki yüksəkliklər, postlar getdi deməkdir. Fərqindəsiniz? Nəyə sevinirsiniz?
Bunu qoyaq kənara. Baxın, bu bəyanamədə SSRİ-nin dağılması və Müstəqil Dövlətlər Birliyinin yaranması nəzərdə tutulub. Sovet dövründəki xəritələr əsasında.
Həmin bəyannamədə dövlətlər arasındakı ərazi bütövlüyü sovet dövründə necə idisə, o cür qalır və tərəflər buna hörmət etməli, heç biri bir-birinin torpağına bir qarış belə keçməməlidir, sərhədlər dəyişilməməlidir.
İkinci düşünməyiniz lazım olan hissə: əgər Ermənistan ərazi bütövlüyümüzü tanıyıbsa, niyə yenidən komissiya sərhədlər mövzusunu işləyəcək? Elə sovetin qoyduğu yerdən dirəkləri basdırarlar da. Demək ki, razılaşdırılmayan, mübahisəli mövzular var.
Ayrıca, münaqişə olan dövlətlər arasında ərazi bütövlüyünü tanımaq sülh müqaviləsi əsasında baş tutur. Alma-Ata isə müqavilə deyil, sovetdən ayrılan dövlətlərin birgə bəyannaməsidir.
İşin əslini öyrənmədən, araşdırmadan paylaşmayın belə şeyləri. Haya-küyə getməyin. Bir balaca tarix oxuyun. Uzaq əsrlərin tarixi deyil ki, 30 ilin tarixidir.
Sonda qeyd edim ki, Azərbaycandan bu bəyannaməni Alma-Atada 1991-ci ilin dekabrında Prezident Ayaz Mütəllibov imzalayıb, 1993-cü ilin sentyabrında Moskvada Prezident Heydər Əliyev təsdiqləyib.
Müəllif: Şəhla Cabbarlı (tarixçi)
Mənbə: “Facebook”