Azərbaycanın XİN başçısı Rusiyaya gedib
Ceyhun Bayramov Sergey Lavrovla müzakirələr aparacaq
23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
“Avronews” bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Səfər çərçivəsində Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşünün keçirilməsi nəzərdə tutulur.