“BMT Təhlükəsizlik Şurası səmərəli deyil” – İlham Əliyev
Prezidenti: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına dair qətnamələrə məhəl qoyulmayıb”
“BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunur”.
“Avronews” xəbər verir ki, bunu martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında deyib.
“Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmayıb”, - deyə dövlət başçısı bildirib.