İlham Əliyevlə İrakli Qaribaşvili arasında təkbətək görüşü keçirilib

İlham Əliyevlə İrakli Qaribaşvili arasında təkbətək görüşü keçirilib

Azərbaycan Prezidenti Gürcüstanda işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib. “Avronews” dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

Daha sonra Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib. Gürcüstanın Baş naziri dövlətimizin başçısını qarşılayıb. Sonra rəsmi foto çəkdirilib.