Ceyhun Bayramov: “Əgər İrəvan düzgün qərar qəbul etməsə...”
“Azərbaycanın Ermənistandan keçmədən Araz çayı ilə İran üzərindən Naxçıvana getməsi üçün alternativi var” - Nazir
“Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq. Azərbaycan İranla əldə olunmuş razılaşmaya uyğun olaraq Araz çayı üzərində ilk körpünün tikintisinə başlayıb”.
“Avronews” xəbər verir ki, bunu Ankarada 13-cü Səfirlər Konfransında iştirak edən xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Belə olan halda Azərbaycanın Ermənistandan keçmədən Araz çayı ilə İran üzərindən Naxçıvana getməsi üçün alternativi var”, - deyə o bildirib.
“Ermənistan istəsə də, istəməsə də proses həyata keçiriləcək. Bu, Ermənistanın regional inkişaf layihələrindən kənarda qalmaması üçün bir şansdır. Qərarı özləri verəcək. İrəvan düzgün qərar qəbul etməsə, ən böyük zərər özlərinə dəyəcək”, - deyə Bayramov vurğulayıb.