“Liberal” siyasətçi qızışır: “Bizə viza verilməsinə veto qoysunlar”

“Liberal” siyasətçi qızışır: “Bizə viza verilməsinə veto qoysunlar”

“Hamı Avropa İttifaqının ruslarla necə rəftar etdiyinə əmin olacaq” - Medvedyev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “liberal” Dmitri Medvedyev hər keçən gün “qızışır”. Bu dəfə o, Avropanı ruslara viza verilməsini tez bir zamanda qadağan etməyə çağırıb.

“Avropalı bosslar bizim ölkə vətəndaşlarına Şengen vizaları ilə bağlı rusofobik lağ edirdilər. Qoy tezliklə onların verilməsinə tam qadağa qoysunlar”, - deyə siyasətçi “Telegram”da yazıb.

Medvedyevin sözlərinə görə, bununla hamı, nəhayət ki, Avropa İttifaqının ruslarla necə rəftar etdiyinə əmin olacaq və avropalılar Rusiyanı “yalan və aldadıcı vədlərlə” xüsusi əməliyyat keçirməkdən daha az yayındıracaqlar.

Daha əvvəl “Politico” xəbər vermişdi ki, Avropa ölkələri ruslara Şengen vizalarının verilməsinə qadağa qoya bilməz, lakin onların verilməsi prosesini ləngitmək üçün “siyasi qərara” gələ bilirlər. Nəşrin yazdığına görə, bir sıra Aİ ölkələri Rusiya vətəndaşlarına viza verməkdən imtina məsələsini çox həvəssiz qarşılayır.

Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Avropa İttifaqı ölkələrinin ruslar üçün vizalarla bağlı hansı qərarı verəcəyini diqqətlə izləyəcək və onu reaksiyasız qoymayacaq. Onun sözlərinə görə, cavab tədbirləri vətəndaşların maraqlarını nəzərə alacaq.

(lenta.ru)