Putindən Əliyevə: “Bizim etimada və yoldaşlığa əsaslanan münasibətlərimiz...”

Putindən Əliyevə: “Bizim etimada və yoldaşlığa əsaslanan münasibətlərimiz...”

“Münasibətlərimizin nizamlanmasına və möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk”

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. “Avronews” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Dövlətlərimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin nizamlanmasına və möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Bizim etimada və yoldaşlığa əsaslanan münasibətlərimizi olduqca yüksək dəyərləndirirəm. Əminəm ki, biz gündəlikdə duran aktual ikitərəfli və regional məsələlərə dair sıx birgə işimizi davam etdirəcəyik”.