Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müakirə olunub

Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müakirə olunub

Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini ilə görüşüb

Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb.

“Avronews” bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.