Prezidentdən diplomatlarla bağlı sərəncam
Sərəncam 2023-cü il yanvarın 1-dən tətbiq edilir
Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. “Avronews” xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
- “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 913; 2013, № 7, maddə 847, № 8, maddə 983; 2014, № 11, maddə 1492; 2015, № 7, maddə 866; 2017, № 11, maddə 2097; 2019, № 11, maddə 1849; 2021, № 7, maddə 743) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
- Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilsin.
- “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1849; 2021, № 2, maddə 178, № 4, maddə 374, № 10, maddə 1136; 2022, № 1, maddə 48) 1-ci hissəsi ləğv edilsin.
- Bu Sərəncam 2023-cü il yanvarın 1-dən tətbiq edilir”.