Azərbaycan XİN Kanadaya cavab verdi
“Bu qərəzli bəyanatı rədd edirik”
“Kanada xarici işlər idarəsinin Laçın yolunun açılması ilə bağlı qərəzli bəyanatını rədd edirik”.
“Avronews” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində paylaşım edilib.
“Kanada yaxşı olardı ki, Ermənistanı Laçın yolundan qeyri-qanuni hərbi və iqtisadi məqsədlər üçün, eyni zamanda 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların daşınması və Azərbaycanda basdırılması üçün istifadə etməkdən çəkinməyə çağırmaqla sülh prosesinə yardım etsin”, - deyə XİN bildirir.