Hikmət Hacıyev: “İsraildə səfirliyimizin açılması əməkdaşlığımızı daha da gücləndirəcək”
Azərbaycan Prezidentinin köməkçisi israilli diplomatlarla fikir mübadiləsi aparıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, həmçinin strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkanı qəbul edib.
“Avronews” xəbər verir ki, Hacıyev bu barədə Twitter” paylaşım edib.
“Onlarla tarixi Nobel Qardaşlarının Ev-Muzeyində görüşməkdən və geniş söhbətdən məmnunam. Biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdik. Azərbaycanın İsraildə səfirliyinin açılması qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək”, - deyə o bildirib.
Görüşdə Azərbaycanın İsrailə təyin etdiyi səfiri Muxtar Məmmədov da iştirak edib.