Paşinyan: “Yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədləri açılacaq”
“Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq” – Baş nazir
“İrəvan ilə Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmalıdır. Üçüncü ölkə vətəndaşları üçün yaxın vaxtlarda sərhədlərin açılacağına ümid edirəm”.
“Avronews” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu fikri Ermənistan Baş naziri Nikol Paşinyan səsləndirib.
“Nəqliyyat əlaqələri nəzərindən regionun logistik əhəmiyyəti dəyişir, daha vacib rol oynayır. Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanla Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq”, - deyə Paşinyan bildirib.