“Ahıl” Kissincerin “qocalmış” bəyanatı
ABŞ öz gücünü də bilir, Rusiyanın əlindəki silahları da
Kissincer aylar əvvəl Ukrayna məsələsi ilə bağlı strategiya müəyyən edəndə əksəriyyət ona nə danışdığını bilməyən, qoca, ahıl dedi. Bir neçə gün əvvəl ABŞ-ın Ukrayna müharibəsi ilə bağlı yeni rəsmi politikası ifadə edildi. Blinken "24 fevraldan sonrası" ifadəsini işlətdi və ABŞ-ın əsas strategiyasının Rusiyanın yeni işğal olunan ərazilər üzərindən olduğunu müəyyən etmiş oldu. Yəni, Krım və Ukraynanın bir sıra şərq ərazilərinin de-fakto Rusiyaya keçməsi qəbullanır. Ən azından hələ ki.
Bundan sonra isə Ukrayna məsələsində daha sərt mövqe sərgiləmiş Britaniyanın keçmiş Baş naziri Boris Conson da son ifadə etdiyi fikirlərində "24 fevral sonrası" sözlərini işlətdi.
ABŞ böyük gücdür. Hərbi-iqtisadi gücü Rusiyadan qat-qat çoxdur. Bir ilə yaxındır davam edən Ukrayna müharibəsində Rusiya ilə birbaşa döyüşə məlum atom müharibələri səbəbindən girmir, öz gücünü bilir və eyni zamanda Rusiyanı da əlindəki bəzi silahlara görə kiçiltmir, ehtiyatlı davranır. Ağıllı oynayır və özü birbaşa daxil olmadan Ukrayna üzərindən Rusiyanı zəiflədir.
Eyni zamanda, Avropaya da deyir ki, “mən olmasam, Rusiya sizi də bombalayar”. Yəni, ABŞ istəsə, Rusiya Krımı özünə qatanda ayağını dirəyərdi və məsələ ondan uzanardı.
Kissincerə gəldikdə isə, “qocadır” kimi ifadələr işlətmək siyasi avamlıqdır. Əgər o, hansısa ifadə işlədirsə, deməli, boşuna deyildir. Siyasətdən pensiyaya çıxması gərəklidirsə, ümumiyyətlə, danışmaz və gedər universitetlərdə leksiya deyər. Əgər Kissincer nəsə deyirsə, deməli, onun bildiyi və əksəriyyətin bilmədiyi nələrsə vardır.
Məsələn, bunun ilk səbəbi qlobal iqtisadi problemlər ola bilər, çünki ABŞ-ın özündə belə, iqtisadi proqnozlar yaxşı deyil və müharibə ona daha da mənfi təsir edir. Bundan başqa, hər nə qədər budəqiqəki situasiyaya uyğun olmasa belə, əgər ABŞ nə vaxtsa Çinlə böyük konfliktə girsə, Rusiyanı ən azından neytral saxlamalı olacaqdır. Səndən yana olmağını istədiyin hansısa gücə nəsə verməsən, sənə qarşı olar.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”