Yaxın həftələrdə daha bir görüş razılaşdırılıb
Bayramov ilə Mirzoyan növbəti dəfə bir araya gələcək
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan yaxın həftələrdə daha bir görüşün keçirilməsi barədə razılığa gəliblər. “Avronews” xəbər verir ki, bu barədə nazirlərin Vaşinqton görüşşünün yekunlarına dair yayılan açıqlamada bildirilir.
Qeyd olunur ki, tərəflər danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər: “Hər iki nazir Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib”.
Xatırladaq ki, 7 noyabr 2022-ci il tarixində Vaşinqtonda, ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Bayramov və Mirzoyanın görüşü olub.