Brüsseldə növbəti görüş
Sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclası keçiriləcək
Noyabrın 3-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın üçüncü iclası keçiriləcək.
“Avronews” bu barədə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirin müavini Şahin Mustafayevdir.
Xatırladaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ilk görüş bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutmuşdu.