“Üzərimə ağır məsuliyyət götürməyə hazıram” – PAŞİNYAN
Baş nazir: “Sülh müqaviləsinin yeni variantını Azərbaycana təhvil vermişik”
“Ermənistan öz təklifləri ilə sülh müqaviləsinin yeni variantını Azərbaycana təhvil verib. Dünən Ermənistan Azərbaycanla sülhün bərqərar olması və əlaqələrin qurulması layihəsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. Bizim təkliflərimiz Azərbaycan tərəfinə verilib”.
“Avronews” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında açıqlama verib.
“Sənədin tərtib edilməsində məntiq elədir ki, onu istənilən vaxt imzalamaq olar. Bu sənəd Azərbaycan üçün də məqbul ola bilər. Ümid edirik ki, danışıqların üç raundunda qeyd olunan tərəqqiyə əsaslanmaq mümkündür. Bizim baxışımız belədir: sənəddə uzunmüddətli sülh və sabitliyin pozulmasının istənilən ssenarisini istisna edəcək razılaşmaların məntiqi, nəzarət və balans sistemi olmalıdır”, - deyə Paşinyan bildirib.
Baş nazir deyib ki, o, mümkün qədər tez bir zamanda uzunmüddətli sülh və sabitliyin qarantı olacaq sənədi imzalamağa hazırdır: "Mən üzərimə belə bir vəzifə götürməyə və belə bir məsuliyyət daşımağa hazıram".