MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək
Bir gün əvvəl isə Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit baş tutacaq
Oktyabrın 14-də Qazaxıstanın Astana şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçiriləcək. “Avronews” bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.
XİN-in məlumatına görə, oktyabrın 13-də Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit, növbəti gün isə “Mərkəzi Asiya-Rusiya” sammiti baş tutacaq.
Qeyd edək ki, Qazaxıstan 2022-ci ildən MDB-yə sədrlik edir.