SEPAH rəhbərindən mücərrəd “şimalda təhlükə var” mesajı
Qəribə etiraf: ünvan yox, düşmənin adını açıqlanmır...
Hüseyn Səlamiyə - SEPAH-ın rəhbərinə bəzən İranda "Baş saqqal" da deyərlər. "Həmşəri" saytı bu gün Hüseyn Səlaminin "İnqilab düşmənlərinə" qarşı fikirlərini tirajlayıb.
Müsahibədə o, ölkənin vəziyyətini 1941-ci ildəkinə oxşadır (!).
Qeyd edir: "O vaxtkı kimi indi də bəzi xarici qüvəvələr İranın Şimalını, Güneyini zəbt etməyə hazırlaşır".
Qəribə etirafdır. Mücərrəddir. Ünvanı, düşmənin adını açıq demir. Sizcə, niyə?
Özü də məhz 21 Azər Günü bu mesajlar mətbuata ötürülüb. Şah isə, yadımdadır, 21 Azər Günü Hüseyn Səlimi kimi, mücərrəd, üstüörtülü danışmazdı. Mətbuatla kifayətlənməz, hərbi parad da keçirər, ağ atını əsgərlərinin sırası önündə şahə qaldırardı. Təbrizi bir-iki ağız yaxşıca söyərdi həm də.
Səlimi isə Şah qədər açıq danışmır 21 Azər Günü. Üstüörtülü şəkildə "Şimalda yenə də təhlükə var" deyir.
Müəllif: Həmid Herisçi (yazıçı, iranşünas)
Mənbə: “Facebook”