“Azərbaycanla əməkdaşlığımız yeni zirvələrə yüksəldəcəyik” – TOKAYEV

“Azərbaycanla əməkdaşlığımız yeni zirvələrə yüksəldəcəyik” –

Qazaxıstan Prezidenti: “Strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirəcəyik”

“Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə səmimi yanaşan görkəmli siyasi xadim kimi tanıyırlar”.

“Avronews” xəbər verir ki, bu fikirlər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alır.

“Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək, ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq”, - deyə Qazaxıstan lideri bildirib.