Məşhur musiqiçidən Putinə: “Bütün Avropanı işğal etmək fikrindəsənsə, get...”

Məşhur musiqiçidən Putinə: “Bütün Avropanı işğal etmək fikrindəsənsə, get...”

“Sizin Ukraynaya müdaxiləniz məni təəccübləndirdi - bu, iyrənc bir təcavüz müharibəsidir”

Dünyaca məşhur “Pink Floyd” qrupunun musiqiçisi və həmtəsisçisi Rocer Vaters Rusiya Prezidenti Vladimir Putinə açıq məktub yazaraq, onu Ukraynadakı müharibəni dayandırmağa çağırıb. O, müraciətini “Facebook” səhifəsində paylaşıb.

“Məndən getdikcə daha adam çox sizə məktub yazmağı xahiş edir. Odur ki, yazdım. Birincisi, müharibənin bitməsini istərdinizmi? "Bəli” cavabını versəniz, bu, işi dərhal asanlaşdırar”, - deyə Voters yazıb.

Onun sözlərinə görə, əgər Putin Rusiyanın “Krımın, Donetsk və Luqanskın rusdilli əhalisinin təhlükəsizliyindən başqa heç bir ərazi maraqlarının olmadığını” desəydi, bu da müharibəni dayandırmağa kömək edərdi: “Mən bəzi adamları tanıyıram ki, onlar Polşa və Baltikyanı ölkələrdən başlayaraq sizin bütün Avropanı ələ keçirmək istədiyinizə inanırlar. Əgər belədirsə, gedin... (cəhənnəmə - Red.)”.

“Atlantikanın hər iki tərəfindəki “şahinlər” üçün çox rahat görünən son dərəcə təhlükəli nüvə oyunu oynamağı dayandırın. Sadəcə bir-birinizi və dünyanı parça-parça edin. Problem ondadır ki, mənim uşaqlarım və nəvələrim var. Dünyadakı əksər qardaş və bacılarım kimi, bu nəticə heç birimizin xoşuna gəlməyəcək”, - deyə musiqiçi vurğulayıb.

Əlavə edib ki, Ukrayna ilə sülh müqaviləsi bağlanacağı təqdirdə Rusiya başqa heç bir yerə təcavüz etməyəcəyinə söz verməlidir: “Mən bilirəm ki, ABŞ və NATO bir göz qırpımında və ya bir neçə barel neft üçün digər suveren ölkələri işğal edir, lakin bu, sizin etməli olduğunuz demək deyil. Sizin Ukraynaya müdaxiləniz məni təəccübləndirdi, bu, iyrənc bir təcavüz müharibəsidir”.

Voters Rusiyanın Ukraynaya müdaxiləsində ABŞ və NATO-nu da ittiham edib. O, avqust ayında Ukraynada müharibə başlamasının məsuliyyətini ABŞ Prezidenti Co Baydenin üzərinə qoyaraq, onu “Ukraynada yanğını qızışdırdığına” görə “müharibə cinayətkarı” adlandırmışdı. Musiqiçi müharibənin daha çox Rusiya sərhədlərinə yaxınlaşan NATO-nun hərəkətlərinə Moskvanın reaksiyası ilə bağlı olduğu qənaətini də ifadə edib.

Sentyabr ayında Voters Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya iki açıq məktub yazıb, ərini “düzgün işlər görməyə” və Rusiya ilə danışıqlara məcbur etməyə çağırıb.

Zelenskaya cavab olaraq ona “Rusiya Ukraynaya hücum edib, şəhərləri dağıdıb və insanları öldürüb” deyə xatırladıb.

"Ukraynalılar öz ölkələrini və övladlarının gələcəyini qoruyur. Əgər biz döyüşməkdən imtina etsək, sabah yox olacağıq. Rusiya döyüşməkdən imtina etsə, müharibə bitəcək. Başqa ölkənin Prezidentindən sülh istəməlisiniz", - deyə Zelenskaya yazmışdı.

(DW)