Rusiya XİN: “Aİ-nin Ermənistandakı qondarma missiyası...”

Rusiya XİN: “Aİ-nin Ermənistandakı qondarma missiyası...”

“Bakı ilə İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur” - Qaluzin

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışıb. “Avronews” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, diplomatlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Qaluzin bildirib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir.

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması mövzusunu müzakirə edərkən Mixail Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda Aİ-nin qondarma mülki missiyasını yerləşdirmək qərarı Cənubi Qafqazda real sabitləşməyə töhfə verməyən fərqli geosiyasi çalara malikdir. Bakı ilə İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur”, - deyə Rusiya XİN-dən qeyd olunub.