Sülhməramlıların təxribatına ən uyğun cavab
Mülki əhali Xankəndiyə, Xocalıya, Xocavəndə yürüş edərsə, heç bir qüvvə qarşısını ala bilməyəcək
Şuşa ərazisində sülhməramlıların müvəqqəti nəzarət etdiyi yolda keçirilən etiraz aksiyası Rusiyanın başqa çıxış yolu qoymamasının nəticəsidir.
Azərbaycan öz suveren ərazisində ekoloji monitorinq keçirmək məqsədilə sülhməramlılarla danışıqlar aparırdı və bir-birinin əksi olan iki hadisə baş verdi:
- Nümayəndələrimiz monitorinqə başlamaq üçün bölgəyə getdilər;
- Vardanyan başının dəstəsi ilə prosesə mane oldu.
Bu, təsdiq edir ki, Azərbaycanın tələbi qarşısında “yox” deyə bilməyən ruslar “mülki təxribat”la qarşısını aldılar. Şuşa yolunda keçirilən aksiya bu kontekstdə “mülki təxribata” qarşı mülki etiraz formasıdır və siyasi baxımdan da ən doğru seçim hesab edilə bilər.
Artıq sülhməramlıların (Rusiyanın) qarşısında təkcə diplomatlar və hərbçilər yox, həm də praktiki olaraq xalq var. Və bu aksiya ümumilikdə Qarabağ iqtisadi rayonuna qayıdışın cığırını da açır: mülki əhali Xankəndiyə, Xocalıya, Xocavəndə yürüş edərsə, heç bir qüvvə qarşısını ala bilməyəcək;
Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)
Mənbə: “Facebook”