Azərbaycan Prezidenti Macarıstana rəsmi səfər edib

Azərbaycan Prezidenti Macarıstana rəsmi səfər edib

Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. “Avronews” dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.