“Bakı-İrəvan münasibətlərinin normallaşmasından sonra sərhədləri açmağa hazırıq”

“Bakı-İrəvan münasibətlərinin normallaşmasından sonra sərhədləri açmağa hazırıq”

Mehmet Muş: “Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmalıdır”

“Türkiyə hökuməti Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasından sonra Ermənistanla sərhədləri açmağa hazırdır”.

Bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş açıqlama verib.

“Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Biz ümid edirik ki, Ermənistan diaspor və xarici dövlətlərin təzyiqindən qurtulacaq və sərhədlərin açılmasını, xalqın rifah səviyyəsinin yüksəlməsini dəstəkləyəcək. Sərhədlərin açılacağı təqdirdə infrastrukturun hazırlığı çox zaman tələb etmir”, - deyə o bildirib.

(Anadolu)