Səfir: “Laçın yolu Azərbaycanın suveren torpağıdır”
Leyla Abdullayeva Fransa parlamentinin deputatlarına səslənib
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa parlamentinin ermənipərəst deputatlarının “Le Monde” qəzetində Laçın yolu ilə bağlı çağırışına münasibət bildirib. “Avronews” xəbər verir ki, diplomat bununla bağlı "Twitter"də paylaşım edib.
“Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar”, - deyə səfir fransalı parlamentariləri sülh səylərini dəstəkləməyə çağırıb.