MDB Dövlət Başçıları Şurasının iclasının vaxtı açıqlanıb
Bütün MDB dövlət başçıları Bişkekdə toplaşacaqlar
Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası bu ilin oktyabrın 13-də Bişkek şəhərində keçiriləcək. “Avronews” xəbər verir ki, bunu Qırğızıstan xarici işlər nazirinin birinci müavini Asein İsayev açıqlayıb.
"Qırğızıstan bu il MDB-yə sədrlik edir. Dövlət Başçıları Şurasının iclası oktyabrın 13-də keçiriləcək. Bütün MDB dövlət başçıları Bişkekdə toplaşacaq", - deyə o bildirib.
İsayevin sözlərinə görə, bu il ərzində 80-dən çox tədbir nəzərdə tutulub və 10-dan çox tədbir Qırğızıstan ərazisində keçiriləcək.